AZ

Deputat parlamentdə Hövsanın problemlərindən danışıb

Şərqi Roma İmperiyasının dağılması barədə tarixçi və arxeoloqların yeni aşdırması var.

“Cebheinfo.az”  “Daily Mail”-ə istinadən bildirir ki, alimlər bunun səbəbinin iqlim dəyişikliyi və eramızın 6-cı əsrində baş vermiş vəba epidemiyası olması ilə bağlı ənənəvi versiyanı təkzib ediblər.

Oksford və Varşava Universitetlərinin tədqiqatçıları arxeoloji məlumatları və tarixi sənədləri tədqiq edərək, imperiyanın inkişafının zirvəsinə məhz ehtimal olunan tənəzzül dövründə çatdığını müəyyən etdilər.

Nessana qədim şəhərində tapılan 16 mindən çox saxsı məmulatın təhlili eramızın 550-ci ildən sonra istehsal və ticarətdə əhəmiyyətli artım olduğunu göstərib.

Lev Kozins və Haggai Olshanetskinin rəhbərlik etdiyi alimlər qrupu Aralıq dənizində batan gəmilərin məlumatlarından istifadə edərək eramızın 2-ci əsrində.dəniz ticarətinin dinamikasını izləyib. Hər yarım əsrdə 200-300 gəmi qəzası qeydə alınırdı ki, bu da sabit ticarət fəaliyyətini göstərirdi.

Bununla belə, V əsrin sonunda gəmi qəzalarının sayı iki dəfə azaldı və VII əsrin ortalarında cəmi 67 hadisə baş verib.

Tənəzzülün əsas amili 54-cü ildən 628-ci ilə qədər davam edən Fars İmperiyası ilə uzun sürən müharibə olub. Farslar Romalıların Ermənistan, Mesopotamiya və Şimali Suriyadakı ən mühüm ticarət yollarını kəsiblər. Nineviya döyüşündə imperator Herakliusun hərbi qələbəsinə baxmayaraq, ticarət yollarına nəzarəti itirdikdən sonra imperiyanın iqtisadiyyatı bərpa oluna bilməyib.

Marseldən İsgəndəriyyəyə qədər  arxeoloji tapıntılar təsdiqləyir ki, VI əsrin ikinci yarısında imperiyada iqtisadi canlanma və demoqrafik artım baş verib. Tədqiqatçılar İsrail, Tunis, İordaniya, Kipr, Türkiyə, Misir və Yunanıstanda aktiv ticarətin izlərini aşkar ediblər.

Xəzər

“Cebheinfo.az”

Seçilən
9
cebheinfo.az

1Mənbələr