AZ

“Hər il Saatlının kəndlərinə qazın çəkilməməsi problemini qaldırıram” – Deputat Əziz Ələkbərli

“Saatlı rayonunun hər dörd kəndindən birində qaz yoxdur. Mən hər il bu məsələni qaldırıram amma, heç bir həll yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu deputat Əziz Ələkbərli parlamentin bu gün keçirilən 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı deyib.

O, müvafiq qurumlardan həmin kəndlərə qazın çəkilməsinin iqtisadi səmərəsiz olduğuna dair cavab aldığını bildirib:


“Saatlı rayonundakı qazsız kəndlərin hamısı bir-birinin yanındadır, qaz xətləri həmin kəndlərin yanından keçir. Belə olan halda həmin kəndlərə qaz çəkilməsi niyə iqtisadi səmərəsiz hesab olunur? Xahiş edirəm, bu məsələ öz həllini tapsın ki, mən də gələn il, dördüncü dəfə bu məsələni qaldırmayım”.

Günay Şahmar, Bizim.Media

Seçilən
9
1
bizim.media

2Mənbələr