AZ

Sosial problem nə vaxtdan iqtisadi məsələ oldu? - Əziz Ələkbərli

Saatlıda hər dörd nəfərdən birinin evində qaz yoxdur. Bunu deputat Əziz Ələkbərli deyib.  
 
"Saatlıda hər  nəfərdən birinin evində qazı yoxdur. Hər il bu müzakirəni qaldırıram. SOCAR ünvanladığım məktuba cavab olaraq bildirib ki, ancaq 1 kəndə qaz çəkilə bilər. Saatlının qazsız kəndləri də daxil olmaqla 898 kəndə qaz çəkmək iqtisadi baxımdan səmərəsizdir. Soruşmaq istəyirəm ki, əhalinin sosial məsələsi nə zamandan iqtisadi məsələ oldu?", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  
 
Deputat vurğulayıb ki, 4 ildir bu məsələsi diqqətə çatdırmasına baxmayaraq məsələ həll olunmur.
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
9
anews.az

1Mənbələr