"Vaşinqton və onun müttəfiqləri MDB məkanında xaos yaratmaq, birlik məkanını ucuz resurs bazasına çevirmək istəyirlər".
"Cebheinfo.az" "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.
“ABŞ və müttəfiqləri geosiyasi ambisiyalarını həyata keçirmək üçün ən çirkin üsullardan istifadə etməkdən çəkinmirlər. Bu, birliyin xaotizasiyası və onun ucuz resurs bazasına çevrilməsidir”, - Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvada keçirilən müşavirəsində bildirib.
Xəzər
"Cebheinfo.az"