AZ

Xüsusi təyinatlıların maaşları bir neçə dəfə artırılmalıdır -TƏKLİF

"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".

Oxu24.com  xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

"Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır. Məsələnin normal məcraya gəlməsi üçün kifayət qədər zaman tələb olunur. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olardı", - deyə deputat bildirib.

Seçilən
0
4
oxu24.com

5Mənbələr