AZ

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Noyabrın 26-sı Masallı şəhəri ərazisində yerləşən evlərdən birində 1984-cü il təvəllüdlü Siruz Mehdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü İsrafil Cavadovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Siruz Mehdiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İsrafil Cavadov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Seçilən
0
43
xalqqazeti.az

10Mənbələr