Bayden verdiyi yazılı açıqlamada, vəzifəyə gəldiyi ilk gündən təkcə iqtisadi rahatlama təmin etmək deyil, həm də Amerikaya sərmayə qoymaqda qərarlı olduğunu vurğuladı.

İndex.az xəbər verir ki, son 4 ildə tam olaraq bunu etdiklərini ifadə edən Bayden, infrastrukturun yenidən qurulması, təmiz enerji iqtisadiyyatının qurulması və istehsalın ABŞ-a qaytarılması üçün qanunlar qəbul etdiklərini xatırladıb.

ABŞ prezidenti Co Bayden, səlahiyyət müddətində qəbul edilən bəzi kritik qanunlar sayəsində ABŞ şirkətlərinin açıqladığı ümumi investisiya planlarının 1 trilyon dollardan çox olduğunu açıqladı. Bayden, infrastruktur sərmayələri, çip və elmlə inflyasiyanın azaldılmasına yönəlmiş üç qanunun geniş investisiya siyasətinin həyata keçirilməsi ilə 1,6 milyondan çox tikinti və istehsal iş yerinin yaradıldığını bildirdi.

Bayden, “Amerikaya İnvestisiya” gündəminin 1 trilyon dollardan çox özəl sektor sərmayəsini cəlb etməyə kömək etdiyinə diqqət çəkib: “Gələcəyin sənayelərinə qoyulan bu investisiyalar gələcəyin Amerikada Amerika işçiləri tərəfindən edilməsini təmin edir”.