AZ

Polşa prezidenti Aİ-nin monitorinq missiyası ilə birgə Naxçıvanla sərhədə GƏLƏCƏK

Xəbər verdiyimiz kimi, dünən Polşa prezidenti Anjey Dudanın Ermənistana rəsmi səfəri başlayıb.

Bizim.Media “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Dudanın ölkə rəsmiləri ilə görüşdə danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh prosesidir.

Bu barədə Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Mesko Paviak jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

“Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və biz ümid edirik ki, bu, tezliklə başa çatacaq”, - deyə Pavak bildirib.

O qeyd edib ki, Duda iki həftə əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edib, Azərbaycan Prezidenti ilə görüşüb, həmçinin Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti və sülh prosesini müzakirə ediblər.


Xatırladaq ki, bu, Polşa prezidentinin son 13 ildə Ermənistana ilk səfəridir.

Noyabrın 27-də Duda Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası ilə birgə patrulda iştirak etmək üçün Naxçıvanla sərhəddə yerləşən Arazdəyənə səfər edəcək.

Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr