AZ

Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu

vvəlcə onu qeyd etməliyik ki, COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi, qlobal problemlərin paytaxtımızda çözülməsi ölkəmizin xarici siyasətinin tarixi uğuru, qələbəsi oldu. COP29 təkcə iqlim savaşı kimi yadda qalmadı, eyni zamanda, xalqları, ölkələri yaxınlaşdıran yaşıl diplomatiya müzakirəsi meydanına çevrildi. Ölkəmizə qarşı bütün qarayaxmalara, baykotçuların idbar təbliğatlarına baxmayaraq Bakıda planetar hadisə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla başa çatdırdı. Onun nəticələri tədbirin təşkilatçısı və tərəfləri həyati razılaşmalara yaxınlaşdıran əsas hərəkətverici qüvvə kimi Azərbaycanın növbəti parlaq qələbəsi sayıla bilər. Bu mötəbər tədbirin keçirilməsi, şübhəsiz ki, hər bir dövlət üçün böyük sınaqdır və Azərbaycan bunun öhdəsindən uğurla gəldi, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı və gələcəkdə bəşəriyyəti iqlim dəyişikliyinin fəlakətli nəticələrindən xilas etmək üçün real fəaliyyətə mühüm töhfə verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O bildirib ki, dövlətimizin başçısının dünya iqlim sammitinə verdiyi qiymət Azərbaycanın qlobal missiyaya sədrliyinin tarixi uğurunu çox dəqiq və yığcam şəkildə əks etdirdi. Çünki COP29-un təsirli nailiyyətlərinin arxasında aylarla davam edən geniş hazırlıq işləri və bəşər övladının həyatını dəyişən iki həftəlik gərgin və çətin müzakirələr dayanırdı. Danışıqların müəyyən seqmentlərinin gərgin xarakterini nəzərə alsaq, iqlim sammitinin nəticələrini, şübhəsiz ki, təsirli adlandırmaq olar, bəzi qərarlar hətta gözləntiləri üstələdi. Belə ki, konfrans iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 300 milyard dollar ayırmaq barədə tarixi razılaşma ilə başa çatdı. Lakin bu razılaşmanın əldə edilməsi prosesi məsuliyyətli inkişaf etməkdə olan ölkələr və Qərbin öz öhdəliklərini yerinə yetirmək cəhdləri arasında döyüş meydanına çevrildi. Lakin bəzi bədnam qüvvələrin manipulyasiyalarına baxmayaraq, beynəlxalq ictimaiyyət fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş etdirdi.

“Əlbəttə, COP29-un Azərbaycanda keçirilməsi təkcə təşkilatçılıq baxımından deyil, həm də nəticələri baxımından tarixi hadisə idi. Dövlətlərin belə bir-birindən fərqli maraqlarını birləşdirmək və məhsuldar danışıqları təmin etməkdə Bakının unikal bacarığı digər ölkələr üçün nümunə sayılmalıdır. Azərbaycan nümayiş etdirdi ki, konstruktiv dialoq və planetin gələcəyi üçün məsuliyyət dar siyasi ambisiyalardan üstün olmalıdır. Bütün bunlar onu göstərir ki, COP29-un məqsədlərinə nail olunub. Azərbaycan gələcək COP-ların uğuru üçün müsbət presedent yaratdı və Bakıda qəbul edilən qərarları qlobal iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi hesab etmək olar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Çoxtərəfliliyin təntənəsinə çevrilmiş COP29 ölkələr arasında körpülərin qurulması və qlobal problemlərdən əziyyət çəkən xalqların nümayəndələri üçün mötəbər tribuna oldu. Bu tribunada müstəmləkəçilik, onun fəsadları və yaşatdığı dəhşətli problemlərdən qurtulmağın yolları, əziyyət çəkən xalqlara həmrəyliyin nümayişi hər şeydən qabaq insanlığın qorunmasına töhfə idi. Təkcə öz vətəndaşına deyil, bəşər övladına sevgi ilə yanaşan Azərbaycan dövləti narahat dünyamızın qorunması istiqamətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. COP29-da dünya buna bir daha şahidlik etdi”, – deyə deputat vurğulayıb.

Seçilən
0
2
xalq.az

3Mənbələr