Azərbaycanda İKT sektorunun dəstəklənməsi üçün verilən təşviqlər nəticəsində son 1 ildə bu sahədə işçi sayı 29,1 %, əməkhaqqı fondu 39,7 %, dövriyyə isə 25,6 % artıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, təşviqlər çərçivəsində 2023-cü ildən texnoparklardan kənarda fəaliyyət göstərən şirkətlərə də bir sıra vergi güzəştləri və imtiyazlar verilib.