AZ

Bölgələrdə yeni iş yerlərinə vəsaitin daha da artırılması vacibdir - Ceyhun Məmmədov

"Bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin gücləndirilməsi və bura ayrılan vəsaitin daha da artırılması vacibdir. Bölgələrdə ən aktual məsələlərdən biri budur".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, elmi dərəcələrə görə verilən vəsait artırılmalıdır: "Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır. Nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm".

Deputat həmçinin universitetlərdə müəllimlərin maaşlarına baxılmasını, universitetlərin tədqiqatyönlü fəaliyyətinin, maddi-texnik bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını təklif edib:

"Ümumilikdə, universitetlərin maliyyələşmə sisteminə yenidən baxılmalıdır. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşası vacibdir. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq".

Mürtəza
Ölkə.Az

Seçilən
2
11
olke.az

10Mənbələr