FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.