AZ

45 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 45 təhsil müəssisəsində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi tətbiq olunur. Belə ki, paytaxtdakı 10, 19, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327, 329, 201, 143, 242, 24, 297, 116, 146, 119, 259 nömrəli təhsil müəssisələrində peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması,  əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindən biridir.

Qeyd edək ki, "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 2019-2020-ci tədris ilində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Layihə X-XI sinif şagirdləri üçün nəzərdə tutulub. Peşə təmayüllü siniflərdə 4 profil üzrə (İKT, kənd təsərrüfatı, xidmət, təmir-tikinti) peşə ixtisasları tədris edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
8
olaylar.az

9Mənbələr