Türkiyə xüsusi xidmət orqanları "İslam Dövləti" terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 54 nəfəri saxlayıb.
Korrespondent.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.
"18 vilayətdə İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar çərçivəsində 54 nəfər saxlanılıb. Prokurorluq tərəfindən saxlanılanlarla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib. Digər əməliyyatlar davam edir", - o bildirib.
Qeyd edək ki, il ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 3 mindən çox şəxs saxlanılıb.