AZ

17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi

Təbrizin Baharistan kollecinin tələbəsi olan 17 yaşlı Nigar Dabbağı saxlanılaraq, Təbriz həbsxanasına köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, gənc “vətəndaşları ölkənin milli təhlükəsizliyinə qarşı çıxmağa təhrik etmək”, “islam respublikasına qarşı təbliğat aparmaq” və “islam inqilabının banisi və İranın rəhbərini təhqir etmək”də günahlandırılır.

Nigar Dabbağının Təbriz Dövlət və İnqilab Prokurorluğunun 10-cu şöbəsinin verdiyi qərar əsasında saxlanıldığı bildirilib.

Qeyd edək ki, təbrizli yeniyetmə noyabrın 13-də həbs olunsa da, bu barədə məlumat ötən gün yayılıb.

Seçilən
6
1
axar.az

2Mənbələr