AZ

Bakıda 35 yaşlı kişi arvadını döyən dostunu bıçaqladı — TƏFƏRRÜAT

Bakıda 1989-cu il təvəllüdlü Mərhəmət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dostu Pərvizi (adlar şərti göstərilib – red.) bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mərhəmət 7 mart 2024-cü ildə, saat 21 radələrində yaxın dostu Pərvizin yaşadığı evində qonaq olub. Bu zaman Pərviz onun və anasının ünvanına əsassız olaraq nalayiq söyüşlər etdikdən sonra bununla kifayətlənməyərək vurmaqdan ötrü üstünə hücum etməsindən özünü təhqir olunmuş hesab edib. 
Bu səbəbdən Mərhəmət Pərvizə məxsus olan mətbəxdə işlətdiyi istintaqa məlum olmayan bıçaqla onun döş qəfəsinə bir zərbə vurub. 

Hadisəni törədən Mərhəmətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərhəmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pərvizi uşaqlıqdan tanıyıb, əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb: “2024-cü ilin martın əvvəllərində axşam vaxtı Pərviz məni  yaşadığı evə yeyib-içməyə dəvət etdiyindən həmin evə getdim. Orada olarkən saat 20-21 radələrində Pərviz və arvadı Günel arasında mübahisə yarandı. Həmin mübahisə zamanı Pərviz arvadını vuraraq söydü. Mən Pərvizə dəfələrlə bunu etməməsini söyləsəm də, Pərviz məni dinləmədi. Mən  həmin şəxsləri aralamaq istədikdə isə Pərviz məni vurdu. Bu səbəbdən də özümü müdafiə etmək məqsədilə masanın üzərindəki mətbəx bıçağını götürərək Pərvizə zərbə endirdim”.

Təqsirləndirilən şəxs bildirib ki, Pərvizin hansı nahiyəsinə bıçaqla vurduğunu xatırlamayıb: “Pərvizin paltarında qan ləkəsini görmüşəm. Həmin qan bıçaqla vurduğum yerdən gəlib. Pərviz həmin vaxt alkoqollu içkinin təsirində olub. Pərvizə xəsarət yetirmədiyim təqdirdə onun arvadını öldürəcəyini düşündüm. Pərvizin arvadı ilə hansı səbəbdən mübahisə etdiklərini bilməmişəm”. 

İş üzrə zərərmçəkmiş qismində ifadə verən Pərvizin sözlərinə görə, Mərhəməti uşaqlıqdan tanıyıb, əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb: “2024-cü ilin mart ayının əvvəllərində axşam saatlarında Məfrhəmət evimə qonaq gəldi. Həmin gün saat 20-21 radələrində mən arvadım ilə mübahisə edən zaman Mərhəmət bizi  aralamağa çalışdı. Mən dəfələrlə uzaqlaşmasını istəsəm də, Mərhəmət mənə əhəmiyyət vermədi. Daha sonra Məhrəhəmt məni vurduğu üçün huşumu itirərək yerə yıxıldım. Mən qalxıb vurmaq istədikdə, Mərhəmət mənə  2 dəfə bıçaqla xəsarət yetirdi. Hadisə baş verərkən alkoqollu içkinin təsirində olduğumdan heç nə xatırlamamışam”.

İş üzrə şahid qismində ifadə verən Günelin sözlərinə görə, zərərçəkmiş Pərviz onun əridir: “7 mart 2024-cü ildə axşam vaxtı “8 Mart” Beynəlxalq Qadınlar gününü qeyd etməyimizlə əlaqədar Mərhəmət yaşadığımız evə qonaq gəldi. Həmin vaxt alkoqollu içki qəbul etdik. Ərim Pərvizlə aramızda mübahisə yarandı. Bu səbəbdən ərim məni döydü. Mərhəmət isə bizi aralamağa çalışdı. Daha sonra Mərhəmətlə Pərviz dalaşmağa başladılar. Mən isə qonşuya keçdim. Mən Mərhəmətin Pərvizi bıçaqla vurduğunu görməmişəm. Sonradan mənə ərimin səhhətinin vəziyyətinin pis olduğu barədə məlumat verdilər. Həmin vaxt mən evdə olmamışam. Məlumatı eşitdikdən sonra evimə getdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərhəmətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr