Vətəndaş cəmiyyəti institutlarına həm yaxşı maliyyə ayrılmalıdır, həm də yeni institutlar yaradılmalıdır. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
"Siyasi və dini ideolojiya məsələsinə diqqət edilməlidir. İctimai şüur işğal edilərsə onu azad etmək olmaz. Qonuş ölkələrdə bunun bir neçə nüumunəsini görmək olar. Hesab edirəm ki, vətəndaş institutlarına və QHT-lərə bu məsələdə vəsait ayrılması lazımdır. Buna görə də Azərbaycandan kənarda yaşayan vətəndaşlar dövlət hesabına təhsilə cəlb olunmalıdır. Həm də vətəndaş cəmiytəti institutları həm maliyyələşdirilməlidir, həm də yeni institutlar yaradılmalıdır", - deputat noyabrın 26-da Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat həmçinin vurğulayıb ki, büdcə layihəsinin dili daha sadə yazılmalıdır ki, vətəndaşlar onu oxuyanda çətinlik çəkməsin.
Gülnar Nazimqızı
www.anews.az