AZ

Azərbaycanda müəmma: Vətəndaş pulu kimə ödəsin, “JEK”ə, yoxsa bələdiyyəyə?

İllərdir barəsində ciddi müzakirələrin getməsinə baxmayaraq, Mənzil Kommunal və Texniki Xidmət Sahələri (“JEK”) ilə bağlı mövcud olan problemlər hələ də aktuallığını qoruyur. Qeyd edək ki, “JEK”lər 1983-cü ildə Azərbaycan SSRİ tərəfindən qüvvəyə minmiş Mənzil Məcəlləsi əsasında yaradılıb. Həmin məcəllə isə artıq qüvvədən düşüb. 2009-cu ildə Azərbaycan özünün müstəqil Mənzil Məcəlləsini qəbul edib. Yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri ilə bağlı müddəa ləğv olunub. Buna baxmayaraq, sakinlər bələdiyyələrin həm kommunal, həm də əmlak vergisi adı altında tələb etdiyi ödənişlə yanaşı, “JEK”lərin də “zibil pulu” və “mənzil haqqı” adı ilə yığdıqları ödənişlərə məruz qalırlar.

Məsələnin maraqlı tərəfi ondadır ki, bələdiyyə ödənişləri elektron sistemdə görünsə də, “JEK” ödənişlərinə rəsmi olaraq heç yerdə rast gəlinmir. Sakinləri çaşdıran da məhz bu məqamdır. Onlar nə üçün hər iki quruma təxminən eyni xidmət və təyinat üzrə ödəniş etməli olduqları sualına cavab axtarırlar.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Publika.az-a açıqlama verib.

Onun sözlərinə görə, bələdiyyələrə edilən ödəniş əmlak vergisidir. Belə ki, sakinlər vergisindən azad olduqları 30 kvadratmetr əmlakdan əlavə hissə üçün əmlak vergisi ödəməlidirlər:

“Mənzil istismar sahələri isə zibili daşımaq, həyəti süpürmək, binanın təmiri, ümumi yerlərə nəzarət kimi öhdəlikləri həyata keçirir. Mənzil istismar sahələrinə ödəniş simvolik rəqəmdir. Əslində hər kəs yaşadığı binanı özü nəzarətdə saxlamalı, mənzil mülkiyyətçilərin müştərək cəmiyyətini yaradıb özü idarə etməlidir”.

Ekspert qeyd edir ki, əgər bir bina idarəçiliyi öz üzərinə götürsə, o zaman sakinlər “JEK”ə ödədiyi məbləğdən 10 dəfə çox ödəniş etməli olacaq:

Seçilən
14
2
publika.az

4Mənbələr