Hindistanda toydan qayıdan ailə naviqasiyadan istifadə edən zaman yanlış istiqamətin verilməsi nəticəsində körpüdən düşüb. News24.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı ailənin hər 3 üzvü həlak olub. Hindistanın Bareilly polisi ölən insanların meydini adiyyəti üzrə təhvil verib. Hadisə baş verən körpü 2022-ci ildə dəhşətli sel nəticəsində uçub.
Qeyd edək ki, uçmuş körpüdə gediş-gəliş qadağan olunsa da, adekvat xəbərdarlıq nişanlarının olmaması və sürücülərin köhnəlmiş rəqəmsal xəritələrə etibar etməsi ərazini ciddi təhlükəyə çevirir.
Hazırda polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Ağa Dadaşzadə