Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatzamanı bombalı hücum hazırlamaqda şübhəli bilinən iki nəfərsaxlanılıb.
Trend Türkiyə KİV-ə istinadənxəbər verir ki, əməliyyat zamanı yüksək həssaslıqlı TATP(triaseoton triperoksid) partlayıcısı və bomba istehsalındaistifadə olunan böyük miqdarda kimyəvi maddə aşkar edilərəkgötürülüb.
Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə vəKəşfiyyat Şöbəsi əməkdaşları İŞİD-in fəaliyyətlərinin müəyyənedilməsi və şübhəlilərin saxlanılması məqsədilə birgə əməliyyathəyata keçirib.
“Araşdırmalar nəticəsində sosial media platformalarında "bombaistehsalı" ilə bağlı məlumatlar axtardığı müəyyən edilən D.K.-yəyönələn istintaq onun E.S. ilə birlikdə hərəkət etdiyini üzəçıxarıb. Hər iki şübhəlinin bombalı hücum hazırlığında olduğuehtimal edilib.
Polisin texniki və fiziki müşahidələrindən sonra Qaziosmanpaşarayonunda eyni binada yerləşən iki ayrı mənzildə yaşayan şübhəlilərsaxlanılıb”, - məlumatda bildirilib.
Axtarışlar zamanı yüksək həssaslıqlı TATP partlayıcı maddəsi,çox miqdarda bomba istehsalında istifadə edilən kimyəvi maddələr,laboratoriya və kamuflyaj vasitələri, laboratoriya geyimləri vəmaskaları, İŞİD-in “bayraqları”, müxtəlif qadağan olunmuş nəşrlərvə rəqəmsal materiallar aşkar edilib.
Məlum olub ki, şübhəlilər 2021-ci ildə "İŞİD-ə üzvlük" ittihamıilə həbs olunub və 2023-cü ildə azadlığa buraxılıblar.
Qeyd edilib ki, şübhəlilər barədə istintaq işləri davamedir.