AZ

FETÖ-nün yeni planları ifşa edildi: 35 nəfər SAXLANILDI

Ankara Respublika Baş Prokurorluğu FETÖ-yə qarşı yeni əməliyyat keçirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 35 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Aparılan araşdırmalar nəticəsində FETÖ/PDY silahlı terror təşkilatının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Ümumi Müdirliyini hədəfə almaq məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirdiyi müəyyən edilib. Təşkilatın bu qurum daxilində yuva salaraq kadr toplayıb, polisi təsnif etmək kimi metodlardan istifadə etdiyi bildirilir.

Prokurorluğun məlumatına görə, təşkilatın qurduğu sistem vasitəsilə əməkdaşların və işə götürülən şəxslərin təşkilati öhdəliklərinin izlənilməsi məqsədilə fəaliyyətlər aparılıb. Saxlanılan 35 nəfər arasında 7 nəfərin hazırda müxtəlif dövlət qurumlarında işlədiyi də məlum olub.

Hazırda istintaq davam etdirilir və saxlanılan şəxslərin fəaliyyətləri ilə bağlı daha ətraflı məlumatın verilməsi gözlənilir.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr