AZ

Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı yalan məlumat verdiyinə görə akkreditasiyadan məhrum edilib

Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə akkreditasiyadan məhrum edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Uliks Edavard Prayor adlı brinatiyalı diplomatın işində kəşfiyyat fəaliyyətinin əlamətlərini üzə çıxıb.

"Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Prayor Rusiyanın təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri aparıb. Bununla əlaqədar onun akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib və ona iki həftə ərzində Rusiyanı tərk etmək göstərişi verilib", - deyə məlumatda qeyd olunub.

Seçilən
9
apa.az

1Mənbələr