AZ

Samirə Musayeva: Ortamüddətli dövrdə "Yaşıl iqtisadiyyat"a keçid vergi təşviqi ilə əhatə ediləcək

Azərbaycanda ortamüddətli dövrdə "Yaşıl iqtisadiyyata" keçid vergi təşviqləri ilə əhatə ediləcək.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə bildirib.

"Ortamüddətli dövrdə ölkənin 5 milli prioritetindən birinin "Yaşıl iqtisadiyyat"a keçid olduğunu nəzərə alaraq İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi tədbirlərə paralel olaraq vergi təşviqlərini də təmin edəcəyik. Artıq bu ildən hibrid və elektrikli nəqliyyat vasitələrinə vergi güzəştləri var. Bundan başqa, elektrikli avtobuslar da daxil olmaqla, avtobus istehsalını vergi təşviqləri ilə əhatə etdik. Bu məsələ ortamüddətli dövrdə bizim vergi siyasətinin tərkib hissəsi olacaq", - deyə o qeyd edib.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr