AZ

La Liqada ayın ən yaxşı baş məşqçisi o oldu

İspaniya La Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

"Unikal" xəbər verir ki, bu, “Jirona”nın çalışdırıcısı Miçeldir. Onun komandası ötən ay “Leqanes”ə (4:3), “Xetafe”yə (1:0) və “Espanyol”a (4:1) qalib gəlib.

Hazırda “Jirona” La Liqada 14 turdan sonra 21 xalla 5-ci sıradadır.

Qeyd edək ki, Miçel Sançes 2023-2024 mövsümünün ən yaxşı baş məşqçisi seçilmişdi.

Miçel 2021-ci ilin yayından "Jirona"nı çalışdırır.. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Seçilən
7
unikal.az

1Mənbələr