AZ

Bank of Baku-da depozit faizləri dəqiq oldu: 12 və 18 ay üzrə illik 12%

Ölkənin seçilən banklarından olan Bank of Baku depozit məhsulunun faiz dərəcələrinə müştərilərə daha gəlirli olacaq şəkildə dəyişiklik edib.

Bank of Baku AZN valyutalı “Dinamik əmanət” məhsulu üzrə yeni yerləşdirilən və prolonqasiya edilən əmanətlərin faiz dərəcələrini yüksəldib. Belə ki, 6 – 18 aylıq müddətlər üzrə yerləşdirilən əmanətlərin faiz dərəcələri 12%-dək artırılıb. Hazırda faiz dərəcələri

  • 6 – 11 ay üzrə 10%
  • 12 və 18 ay üzrə isə 12% təşkil edir.

Qeyd edək ki, yuxarıda qeyd olunan faiz dərəcələri əmanət gəlirinin həm aylıq, həm də müddətin sonunda ödənildiyi hallar üçün keçərlidir.

Məlumat üçün bildirək ki, Bank of Baku-da AZN valyutasında yerləşdirilən yeni əmanətlərdə, eləcə də prolonqasiya edilən əmanətlərdə artım etmək mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
1
8
banco.az

9Mənbələr