İspaniyada 12 yaşadək futbolçular arasında "Alhendin" - "Espanyol" oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.
Referans.az" target="_blank">Referans.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, "Espanyol"un oyunçularından birinin anası matçdan sonra meydana daxil olaraq baş hakimi vurub.
Bundan sonra onlar arasında qısa mübahisə yaşanıb.
Matç "Espanyol"un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.