AZ

Rusiya Xarkov vilayətində Kopanki qəsəbəsini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi ordunun Xarkov vilayətindəki Kopanki qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.

Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyi bildirilən bəyanatda “Qərb Hərbi Qrupunun birlikləri öz qətiyyətli hərəkətləri nəticəsində Xarkov vilayətindəki Kopanki qəsəbəsini azad edib”- deyə, bildirilib.

Açıqlamada son 24 saat ərzində 135 bölgədə Ukraynanın hərbi hava limanı infrastrukturuna və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə mərkəzinə hücumların təşkil edildiyi, Zaporojya Atom Elektrik Stansiyasına hücumların həyata keçirildiyi də bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
turkustan.az

1Mənbələr