Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza zamanı "Toyota Prius" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Toqquşmanın zərbəsindən "Toyota Prius" aşıb.
Hadisə nəticəsində iki nəfər - 1964-cü il təvəllüdlü Abdul Vəlişov və 1989-cu il təvəllüdlü Vüsal Vəliyev müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya ilkin səbəb kimi hava şəraitinin yağışlı olması göstərilir.
Faktla bağlı araşdırma aparılır.