AZ

Azərbaycan - İran birgə təlimlərinin pərdəarxası – “Bakının iki hədəfi var...”

“Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, birinci məqsədimiz bu təlimlər vasitəsilə iki ölkə arasındakı sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır: “Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycan ərazisinə on kiloqramlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər Azərbaycan sərhədçilərinin İran sərhədçiləri ilə əməkdaşlığı artırılmasına xidmət etməlidir”.

Seçilən
0
1
azpolitika.info

8Mənbələr