Bakı. Trend:
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşəntarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilikçərçivəsində istifadəsi istiqamətində təbliğat və maarifləndirməişləri davam etdirilir.
Bu barədə Trend-ə Dövlət Xidmətindən məlumat verilib.
Mütəmadi olaraq abidələrin bədi-estetik görkəminə xələlyetirilməsinin yolverilməz olduğu, reklam lövhələrinin qanuna uyğunşəkildə yerləşdirilməsi, təmir, tikinti, bərpa və digər işlərzamanı müvafiq qurumların məlumatlandırılmasının zəruriliyi barədəməlumat və izahlar verilir.
Nəticədə bu sahədə qanunvericiliyin tələbələrinin təmin olunmasıilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən təşəbbüsgöstərənlərin sayı da artmaqdadır. İstifadəsində və yamülkiyyətində abidələr olan şəxslərlə əməkdaşlıq nəticəsindəabidələrin bədii-estetik görkəminə, tarixi əhəmiyyətinə, xariciquruluşuna, konstruktiv dayanıqlığına xələl gətirən hallar aradanqaldırılır.
Cari il ərzində Dövlət Xidmətinin Bakı Regional İdarəsininəməkdaşları tərəfindən paytaxtda yerləşən abidə-binalarda fəaliyyətgöstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xaricigörkəmini pozan 400-ə yaxın reklam lövhəsi müəyyən olunub.Nöqsanlardan bir qismi aparılan söhbətlər nəticəsində qısa zamandahəllini tapıb. Digər bir qismi Dövlət Reklam Agentliyi iləəməkdaşlıq çərçivəsində fasadlardan sökülərək nöqsanlar aradanqaldırılıb. Hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər davametdirilir.
Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrininmühafizəsinə, gələcək nəsillərə tam şəkildə çatdırılmasına dəstəkgöstərməyə, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunubsaxlanılmasında iştiraka səsləyirik.
Eyni zamanda istifadəsində və ya mülkiyyətində tarixi abidələrolan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetikgörünüşünün qorunmasına həssas yanaşmağa çağırırıq.