"Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı olan Matias Poqba və digər beş nəfər məhkəmə qarşısına çıxacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Onlar 2022-ci ildə Poqbadan 13 milyon avro pul tələb etməkdə ittiham olunurlar. Məhkəmə bu gün Parisdə keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin yazında Pol Poqbanın qardaşı və onun uşaqlıq dostlarının da olduğu silahlı dəstə futbolçudan 13 milyon avro tələb etmişdi. Onlar oyunçudan bu məbləği bir neçə aya ödəməsini istəyiblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta