Almaniya 2024-cü ilin sonuna qədər Ukraynaya iki "IRIS-T" zenit-raket kompleksi verəcək.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukraynada müharibə başlayandan Almaniya dəstək üçün 37 milyard avrodan çox vəsait ayırıb.
Müəllif: Arzu