AZ

Lempard 2-ci divizionda işləyəcək?

Frenk Lempard işsizliyə son qoymağa yaxındı. İngiltərəli mütəxəssis bundan sonra böyük ehtimalla 2-ci divizionda işləyəcək.

Lempardın məşqçilik karyerasını vətənində davam etdirmək şansı var. “Sky Sport”un məlumatına görə, 46 yaşlı mütəxəssis İngiltərənin çempionşip adlanan 2-ci divizionda çıxış edən “Koventri” ilə danışıq aparır. Yerli mənbələr onun qısa zamanda bu klubu çalışdıra biləcəyini vurğulayır.

Xatırladaq ki, Lempard indiyədək “Çelsi”, “Everton” və “Derbi Kaunti”ni çalışdırıb. “Koventri”nin hazırda 2-ci divizionda 15 oyuna 16 xalla 24 komanda arasında 17-ci yeri tutduğunu da qeyd edək.

Seçilən
13
football-plus.az

1Mənbələr