AZ

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyanın Honşu adasının qərb sahili yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri İsikava prefekturasında, ocağı isə 10 km dərinlikdə yerləşib.

Yaponiyanın ictimai kanalında məlumat verilib ki, sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.

Dağıntılar və tələfat barəsində məlumat verilməyib.

"Cebheinfo.az"

Seçilən
8
19
cebheinfo.az

10Mənbələr