AZ

Bakıda yeddimərtəbəli binada yanğın oldu, 33 sakin TƏXLİYƏ OLUNDU

Bakı şəhərinin Suraxanı rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. 

Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Seçilən
0
23
bizim.media

10Mənbələr