AZ

Evdə tək qalan qızın tövlədən meyiti tapıldı - FOTO

Rusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı gənc qız valideynləri evdə olmayan vaxt heyvanları yemləmək üçün tövləyə gedərkən dəhşətli hadisə baş verib.

Gundem.az xəbər verir ki, Milena heyvanları yemləmək üçün tövləyə gedərkən dişi donuzun hücumuna məruz qalıb.

Hücum zamanı qız huşunu itirib və tövlədəki digər heyvanlar da ona hücum edib.

Gənc qızın qanaxmadan öldüyü bildirilib.

Valideynləri ona telefonla zəng etsə də, cavab ala bilməyiblər və tanışlarından onu yoxlamasını xahiş ediblər. Tanışları ferma ərazisinə çatanda Milena tövlədə cansız halda tapıb. 

Məqaləyə dair fotomateriallar:

 

Seçilən
1
1
gundem.az

2Mənbələr