AZ

Hərbi xidmətdən yayındıqları üçün ali məktəblərdən xaric edildilər

Cari ilin aprel-avqust ayları ərzində 30 yaşdan yuxarı 23 448 kişi Ukrayna universitetlərindən xaric edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin təhsil nazirinin müavini Mixail Vinnitski "Facebook"da məlumat verib.

Onun sözlərinə görə, onlar "digər vəzifələrdən yayındıqlarına" və zəif akademik göstəricilərə, habelə dərslərdə iştirak etmədiklərinə görə xaric ediliblər: "5 805 nəfər Təhsilin Keyfiyyəti üzrə Dövlət Xidmətinin yoxlamasından sonra, qalanları isə ali məktəblərin daxili qərarları nəticəsində xaric edilib".

Bildirilir ki, məktəbi tərk edənlər əslində tələbə olmağı planlaşdırmayan, lakin digər məsuliyyətlərdən, o cümlədən hərbi xidmətdən yayınmaq üçün bu statusdan istifadə etmək istəyən "tələbələr"dir.

Seçilən
3
6
olke.az

7Mənbələr