AZ

''Trabzonspor'' autsayderi darmadağın etdi

Türkiyə çempionatında 13-cü tura bazar ertəsi keçirilən ''Trabzonspor'' - ''Adana Dəmirspor'' oyunu ilə yekun vuruldu. Son 3 turda uduzmaqla fanatlarına şok yaşadan ''Trabzonspor'' bu dəfə zəif və iddiasız rəqiblə oyunda sürprizə imkan vermədi.

Trabzon təmsilçisi sonuncu pillədən möhkəm yapışan və bu mövsüm hələ də qələbəsi olmayan Adana təmsilçisini 5 cavabsız qolla darmadağın etdi. Meydan sahiblərinin heyətində Muhammed Çam şou göstərdi. Qambiyaəsilli avstriyalı futbolçu het-trik etməklə yanaşı aktivinə 2 məhsuldar ötürmə də yazdı. Digər iki qolu Simon Banza vurdu. Maraqlıdı ki, 24 yaşlı Çam buna qədər superliqada keçirdiyi 9 qarşılaşmada nə qol vurmuşdu, nə də məhsuldar ötürmə vermişdi. Ümumiyyətlə peşəkar karyerasında ilk dəfə het-trik edən Çam son 10 ildə ''Trabzonspor''un heyətində bir superliqa matçında 5 qolun vurulmasında yaxından iştirak edən birinci futbolçu oldu. Qaradənizlilərin indiyə qədər çempionatda evdə bu rəqibə qarşı 19 oyunun heç birində uduzmadığını (15 qələbə, 4 heç-heçə) və ardıcıl 10-cu dəfə yendiyini bildirək.

''Trabzonspor'' bu mövsüm 12-ci oyunda cəmi 3-cü qələbəsini qazanaraq xalını 15-ə yüksəltdi.

ƏLİ

Seçilən
10
football-plus.az

1Mənbələr