Bakı. Trend:
İsrail Nazirlər Kabineti Livanla əldə olunan atəşkəsrazılaşmasını təsdiqləyib.
Trend xəbər verirki, bu barədə "Reuters" məlumat yayıb. Razılaşmaya əsasən, ABŞ-ınrəhbərliyi ilə nəzarət komitəsi yaradılacaq. Bu komitə sazişinicrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılmasıüçün tədbirlər görəcək.
Razılaşmaya görə:
ABŞ İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbiəməliyyatlar aparmaq üçün dəstək və zəmanət verəcək. Bu,"Hizbullah"ın sərhəd yaxınlığında hərbi mövcudluğunun bərpaedilməməsi və silah qaçaqmalçılığının qarşısının alınmasını əhatəedir.
İsrail ordusunun Livanın cənubundan çəkilməsini və Livan ordusununsərhəd bölgələrində yerləşdirilməsini nəzərdə tutan 60 günlük keçiddövrü razılaşdırılıb.
"Hizbullah" ağır silahlarını və birləşmələrini Litani çayınınşimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.
Bundan əlavə, əgər Livan ordusu təhlükəsizlik təhdidlərini aradanqaldırmaqda uğursuz olarsa, İsrail ABŞ ilə məsləhətləşmələrdənsonra yenidən hərbi əməliyyatlara başlama hüququnu saxlayır.
Bu razılaşma bölgədə gərginliyin azalmasına və davamlı sülh üçünşərait yaradılmasına xidmət edəcək.