AZ

Tramp vergini artıracağını açıqladı, Çin etiraz etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sosial media hesabında Çindən idxal edilən mallara əlavə 10 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Metbuat.az xəbər verir ki, Trampın bəyanatından sonra Çinin Vaşinqtondakı səfiri Liu Pengyu məsələ barədə danışıb. O bildirib ki, ABŞ və Çin arasındakı vergi müharibəsində qalib olmayacaq. Sözçü Çinin ABŞ-ı narkotiklərlə mübarizədəki son hadisələrlə bağlı məlumatlandırdığını və bəzi hallarla ABŞ-ın tələbini yerinə yetirərək tədbir gördüyünü bildirib.

Qeyd edək ki, Donald Tramp narkotik qaçaqmalçılığı səbəbindən Çindən gələn mallara tətbiq edilən idxal rüsumlarını artıracağını irəli sürüb.

Seçilən
14
metbuat.az

1Mənbələr