AZ

“İnter Mayami”nin yeni baş məşqçisi Maskerano oldu

“İnter Mayami”nin yeni baş məşqçisi rəsmən bəlli olub. 

“İki sahil” xəbər verir ki, bu barədə Mayami klubunun mətbuat xidməti məlumat yayıb. 

Komandanı Argentina U-20 millisinin sabiq baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olublar. 

Seçilən
41
20
ikisahil.az

10Mənbələr