AZ

MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin nümayəndə heyətləri Vyanada Avropada adi silahlara nəzarət məsələlərini, o cümlədən etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, iclasda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB İcraiyyə Komitəsinin nümayəndələri, eləcə də müşahidəçi qismində Azərbaycanın nümayəndələri iştirak ediblər.
"Təhlükəsizlik tədbirlərinin hərbi-siyasi aspektləri, o cümlədən Avropada adi silahlara nəzarət məsələsi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Vyana danışıqlar platformalarının fəaliyyəti ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirilib" - deyə, məlumatda vurğulanıb.
Rusiya XİN əlavə edib ki, tərəflər ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də davamlı sülhün və beynəlxalq sabitliyin qorunması məqsədilə MDB çərçivəsində işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Seçilən
15
oxu.az

1Mənbələr