Xəbər verdiyimiz kimi türkiyəli müğənni Sərdar Ortaç bir neçə gün öncə qanunsuz mərc istintaqı zamanı saxlanılıb.
Bizim.Media xəbər verir ki, onun bu gün ilkin məhkəmə prosesi baş tutub.
Proses zamanı Ortaçın vəkili Esennur Ezgi ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət verərək etiraz edib. Məhkəmə hakimi vəsatəti qəbul edib.
Növbəti məhkəmə prosesi dekabrın 24-nə təyin edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta