AZ

İsrail “Hizbullah”ın maliyyə obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın maliyyələşdirilməsi ilə əlaqəli olan hədəflərə Livan boyu zərbələr endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Xidmətin yaydığı məlumata görə obyektlər arasında Livanda “Hizbullah” hərəkatının fəaliyyətinə sponsorluq edən və onun tərəfdarlarına yardım göstərən Əl-Qard Al-Hassan maliyyə-kredit assosiasiyasının ofisləri də var.

Bundan əlavə, İsrail tərəfinin fikrincə “Hizbullah”ın hərbi fəaliyyətini maliyyələşdirmək üçün istifadə edilən Əl-İnsaf valyuta mübadilə mərkəzi də hücuma məruz qalıb.

Zərbələr Livanın müxtəlif bölgələrində, o cümlədən Beyrut yaxınlığında, Səidə və Tire sahil şəhərləri ərazisində, eləcə də ölkənin şərqindəki Bekaa vadisində doqquz hədəfə endirilib.

Seçilən
20
apa.az

1Mənbələr