AZ

Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədi

Yaxın
İsrail ABŞ-ın Livanda hərbi əməliyyatları dayandırmaq üçün təklif etdiyi planı rəsmən təsdiqləyib. 1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən məlumat verilib.
Açıqlamada bildirilib ki, "Hərbi-siyasi kabinet bu axşam ABŞ-ın Livanda atəşkəsə dair təklifini təsdiqləyib. Qərar 10 nazir tərəfindən dəstəklənib, yalnız bir nazir əleyhinə səs verib. İsrail bu prosesə verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edir və öz təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görmək hüququnu saxlayır". Livanın Baş naziri Nəcib Mikati də Livan-İsrail sərhədində sabitliyin bərpası məqsədilə əldə olunmuş razılaşmadan məmnun olduğunu bildirib. O, bu barədə ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında fikir mübadiləsi aparıb. Baş nazir açıqlamasında qeyd edib: "Mən bu sənədi atəşkəs üçün yol xəritəsi kimi qiymətləndirirəm. Livanda sülh və sabitliyin təmin olunması istiqamətində atılmış bu mühüm addımı alqışlayıram. Bu razılaşma, həmçinin köçkünlərin öz şəhər və evlərinə qayıtmasını asanlaşdıracaq". Mikati əlavə edib ki, bu müqavilənin icrası regional sabitliyin möhkəmləndirilməsinə də mühüm töhfə verəcək.

ABŞ Prezidenti Cozef Bayden də əldə olunmuş razılaşma ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, "Bu gün Yaxın Şərqdən yaxşı xəbərlərim var. Mən Livanın və İsrailin baş nazirləri ilə danışdım və məmnuniyyətlə elan edirəm ki, onlar ABŞ-ın İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə son qoymaq üçün təklifini qəbul ediblər," – deyə bildirib.

Seçilən
0
6
1news.az

10Mənbələr