Bakı şəhəri, Xətai rayonunda bir ay əvvəl yaranan problem hələ də həllini tapmayıb.
Titul.az xəbər verir ki, söhbət rayonun "İnqilab İsmayılov 56" küçəsində borunun partlaması nəticəsində o gün-bu gün suyun küçəni "yumasından" gedir..
Xəbər verdiyimiz kimi, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilsə də, sakinlər oktyabr ayının sonuncu günündən bu günə kimi problemin aradan qaldırılması istiqamətində konkret hər hansı bir ciddi addımın atılmaması, suyun yola axaraq ərazidə hərəkətə mane olduğundan narahatlıqların bildirirlər.
Titul.az-a göndərilən videoda da deyildiyi kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sakinlərə bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən icazə verilməzsə, onlar yolu qaza bilməzlər. Bir aydır iki qurum arasında icazə məsələsindən dolayı tonlarla suyun israf olaraq küçəyə axması bir yana, üstəlik sözügedən ərazidə insanların hərəkətinə də ciddi problem günü-gündən daha da artmaqdadır.
Ətraflı videoda:
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!