AZ

COP29 günlərində enerji təminatı qüsursuz olub

“AzərEnerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, iqlim konfransı günlərində COP29-un və ümumilikdə Bakı şəhəri, eləcə də ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün qurum üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.

Məlumata görə, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsiz olaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri, qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrik stansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texniki personal, xüsusi təyinatlı briqada və səyyar diaqnostika qrupu sutka ərzində fəaliyyət göstərib. Eyni zamanda paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemi, eləcə də bütün enerjisistemin proqram təminatı və rəqəmsal idarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Nəticədə, konfrans müddətində baş verə biləcək təhlükə anında aradan qaldırılıb və heç bir qəza açılması yaşanmayıb.

Paralel olaraq “AzərEnerji” COP29 konfransında yaxından təmsil olunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəlif tədbirlərdə iştirak edib. “Yaşıl zona”da gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşıl enerji” zonası, dekarbonizasiya, elektroenergetikanın modernləşdirilməsi, “data” analitika, “yaşıl” enerji habı və başqa mövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə, ümumilikdə, 18 tədbir, habelə memorandum imzalanması, təqdimat və görüşlər keçirilib.

29-cu iqlim konfransı müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunu 10 minə qədər qonaq ziyarət edib ki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlük təşkil ediblər.

XQ

Seçilən
0
10
xalqqazeti.az

10Mənbələr