AZ

Türkiyədə ƏMƏLİYYAT: yüzdən çox saxlanılan var

Türkiyənin 56 vilayətində əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində yazıb.

Nazir təşkilatlı cinayətkar qruplar, dələduzlar, çetələr və təcavüzkarlara qarşı mübarizənin davam edəcəyini vurğulayıb:

KUYU-46” əməliyyatları Adana, Afyonkarahisar, Ağrı, Ankara, Antalya, Artvin, Aydın, Balıkesir, Bitlis, Bursa, İstanbul, İzmir daxil olmaqla ümumilikdə 56 vilayətdə həyata keçirilib.

Əməliyyatlar zamanı 166 şübhəli saxlanılıb və onların barəsində cinayət işi açılıb.

Aparılan əməliyyatda 20 ədəd ruhsatsız tapança, 4 ov tüfəngi, çox sayda çek və sənəd, həmçinin saxta dövlət nömrə nişanları istehsal edilən bir emalatxana aşkarlanıb.

Nuriyyə Musayeva

Seçilən
10
bakivaxti.az

1Mənbələr