AZ

Tovuzda baş verən yol qəzasında üç nəfər yaralanıb

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə Qovlar şəhər ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Ş.Əsgərova, 2003-cü il təvəllüdlü F.Bayramova və 1997-ci il təvəllüdlü A.Nofəlzadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
20
3
7news.az

4Mənbələr