AZ

Bayden gizli şəkildə Konqresdən Ukrayna üçün 24 milyard dollar istəyib

ABŞ prezidenti Co Bayden gizli şəkildə Konqresdən Kiyevə hərbi yardım və daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş silahların müqabilində Amerikanın silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar istəyib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Ağ Ev Konqresin əvvəllər Ukrayna ordusuna göndərilmiş silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar ayıracağını gözləyir. İndi isə silah istehsalı üçün daha 8 milyard dollar ayrılması təklif edilir.

Amerika administrasiyası ümid edir ki, bu xərclər federal departamentlərin maliyyələşdirilməsini genişləndirmək üçün qanun layihəsinə daxil ediləcək. Belə bir sənəd dekabrda qəbul oluna bilər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
1
1
missiya.az

2Mənbələr